Oxşar xəbərlər
Moldova parlamentinin spikeri İqor Qrosu Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin spikeri "Twitter" hesabında paylaşım edib.
"Azərbaycanın İrandakı səfirliyinin qətlə yetirilən əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı veririk. Ümid edirəm ki, ciddi araşdırma aparılacaq, məsuliyyət daşıyanlar və hadisənin motivləri üzə çıxarılacaq. İstənilən ölkənin vətəndaşları özlərini təhlükəsiz və müdafiə olunduğunu hiss etməyə layiqdir", - spiker bildirib.