Oxşar xəbərlər
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycanla həmrəy olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında qeyd olunub.
“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.