29 Yanvar 2023 20:45
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar.

Qeyd edək ki, dünən gecə Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.


Müəllif: Teleqraf.com