29 Yanvar 2023 21:57
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.

Teleqraf.com-un məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir. Artıq Tehrandan Bakıya uçan təyyarə havaya qalxıb.

Yaxın saatlarda təyyarənin Heydər Əliyev Hava Limanına enməsi gözlənilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


Müəllif: Teleqraf.com