30 Yanvar 2023 12:40
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun nəşi II Fəxri Xiyabanında dəfn edilib.

Teleqraf.com xəbər verir ki, öncə dövlət himni səsləndirilib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, mərasimdə daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev və başqaları iştirak edir.

***

12:27

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun şərəfinə II Fəxri Xiyabanında cənazə namazı qılınır.

Teleqraf.com xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları iştirak edir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

***

12:14

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun nəşi II Şəhidlər xiyabanına gətirilib.

Teleqraf.com xəbər verir ki, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, rəsmilər, o cümlədən, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev iştirak edir.

Şəhidin şərəfinə fəxri qarovul təşkil olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova