30 Yanvar 2023 15:45
2 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi Rusiyanın prioritet məqsədlərindən biridir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında deyilir.

Açıqlamada qeyd olunub ki, Rusiya ilə Cənubi Qafqaz respublikalarını ümumi tarix, mənəvi-mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq əlaqələri birləşdirir. XİN bildirib ki, Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya həmin regionun sabitliyində və rifahında, onun nəqliyyat-logistika, ticarət-investisiya, texnoloji imkanlarının açılmasında və qarşılıqlı istifadəsində maraqlıdır, rus diplomatiyasının səyləri məhz buna yönəlib.

“Regionda yığılmış əks-döyüş potensialını aradan qaldırmaq üçün intensiv işləyirik. Bununla bağlı prioritet məsələlərdən biri də Ermənistan-Azərbaycan münasibətlərinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar, 26 noyabr və 2022-ci il 31 oktyabr tarixlərində əldə edilmiş üçtərəfli anlaşmalar əsasında tənzimlənməsidir. Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli sazişlərə dəqiq əməl etməkdən asılıdır”, - açıqlamada vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu