“Hər gün Ermənistanla bağlı xəbərləri ürəyimiz titrəyə-titrəyə oxuyuruq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tadevos Avetisyan deyib.
Deputat Ermənistanın təhlükəsizlik və iqtisadi sahələrdə hazırlıqsız olduğunu, “xarici təhdid”lərə qarşı müqavimət göstərmək gücünü itirdiyini bildirb:
“Ölkəmizin təhlükəsizlik sahədindəki durumunu açıq göstərən hallar var. Məsul şəxslərdən soruşsaq, deyəcəklər ki, ordu quruculuğu ilə bağlı planlarımız var, addımlar atırıq. Amma zaman keçdikcə təhlükəsizlik problemləri dərinləşir və bunları ört-basdır etmək etmək üçün daha böyük yalanlar danışırlar. Halbuki yalanın ayağı qısadır, bunu ağrılı faktlarla görürük. Məsələn, “ordu quruculuğu, mövqelərin təchizi ilə bağlı görülməmiş proqramlar” barədə anonslar verirlər, amma vaxt keçir, təəssüf ki, başqa, əsl mənzərəni görürük”.
Avetisyan Ermənistan iqtisadiyyatındakı durğunluğa da diqqət çəkib:
“44 günlük müharibədən əvvəl koronavirus səbəbiylə iqtisadi tənəzzül yaşadığımız zaman bunu tamamilə COVID-in üstünə atdılar. Dedilər ki, dünya iqtisadiyyatı kiçilir, amma demədilər ki, bütün dünyadan fərqli olaraq Ermənistan iqtisadiyyatı 2,5-3 dəfə sürətlə kiçilir. Bütün dünya koronavirusun qarşısını almağa çalışdı, amma bizdə spirtlə mübarizə apara biləcəklərini düşündülər, baş verənlərə yuxarıdan aşağı baxdılar. Nəticədə sosial həyatımız və səhiyyəmiz böyük cəza aldı. Bu, yüksək iqtisadi tənəzzül və ölüm halları ilə müşayiət olundu”.