31 Yanvar 18:26
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın nəqliyyat vasitəsiləri Laçın yolundan istədikləri kimi istifadə edirlər, başqa məsələlər onları maraqlandırmır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın Rusiyadan istədiklərini ala bilmədiyini söyləyib:

“Ermənistan Baş naziri Nikol Paşinyan yenə telefona sarılıb. Bu gün Rusiya Prezident Vladimir Putinlə telefonla danışıb. Mövzu bəllidir. Paşinyan artıq neçənci dəfədir ki, Putinə “Laçın yolunun açılması” və Rusiyanın bu istiqamətdə gərəkli addımlar atmasından danışır. Putin Paşinyanı yola verməklə məşğuldur.

“Ermənistan KTMT təlimlərində iştirak etməyəcək”, “Rusiyanın Ermənistandakı hərbi varlığı təhdiddir” deyən Paşinyanın xahişini Putin niyə yerinə yetirməlidir?

Putin Ukraynada genişmiqyaslı hücum hazırlayır, o cümlədən İsrailin İrana zərbələr endirməsi də Kremli sahibini düşündürüb. Kreml sahibinin fikri başqa yerdədir. Rusiyanın nəqliyyat vasitəsiləri Laçın yolundan istədikləri kimi istifadə edirlər, başqa məsələlər onları maraqlandırmır”.


Müəllif: Mənsur Rəğbətoğlu