Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2379 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuad Oktay məlumat verib.
***
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 498-ə, yaralananların sayı isə 8 533-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1 498 nəfər həyatını itirib, 8 533 nəfər yaralanıb, 2 834 bina dağılıb.