Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.
Qeyd edilib ki, yaralıların sayı 22 286 nəfərə çatıb. 8 mindən çox insan dağıntılardan sağ çıxarılıb.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.