Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə yüksəlib.
Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.
Qeyd edilib ki, yaralıların sayı 26 721 nəfərə çatıb. Həmçinin zəlzələ nəticəsində 26 721 nəfər yaralanıb.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.