Fevralın 20-də Fransadan 8 jandarmanın daxil olduğu Avropa Birliyi (AB) missiyası Ermənistanda (Azərbaycanla sərhəddə) işə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin fransalı üzvü Natali Luazo məlumat verib.
“Həmin gün mən də Ermənistanda olacam. Ermənistanın missiya ilə dəstəyini və əməkdaşlığını alqışlayıram”, - deputat bildirib.
Luazo Azərbaycanın missiya ilə əməkdaşlıq edəcəyinə ümid etdiyini söyləyib.
Yanvarın 23-də AB ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik müşahidə missiyası göndərmək qərarını təsdiqləyiblər.