9 Fevral 2023 18:35
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 81 bölgəsində məktəblər 20 fevrala qədər bağlı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özər məlumat verib.

O, ölkə daxilində məktəblərin fevralın 20-nə qədər təhsili dayandıracağını açıqlayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər