10 Fevral 2023 21:38
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı ana və azyaşlı qızının meyitini çıxarıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən Hayrullah binasının dağıntıları altında aşkarlanan gənc qadın və 2 yaşlı qızının meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər