Kahramanmaraşda zəlzələlərdən sonra dağılan binalarla bağlı araşdırma başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kahramanmaraş Baş Prokurorluğu məlumat açıqlayıb.
Prokurorluqdan verilən açıqlamada, zəlzələ bölgələrində dağılan binalarla bağlı dərhal və gecikdirilmədən araşdırmalara başlanıldığı, bu çərçivədə texniki ekspert komissiyalarının təyin edildiyi bildirilib.
“Hadisə yerindən nümunələr götürülüb, araşdırmalara başlanılıb. Binaların tikintisini öhdəsinə götürmüş və sonradan zonalaşmanın pozulması ilə dəyişikliklər edilərək binaların sökülməsinə səbəb olan məsul şəxslərin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla yazışma aparılıb. Həmin şəxslərlə bağlı lazımi ehtiyat tədbirləri qiymətləndirilib, məsələnin həssaslığı nəzərə alınmaqla, ciddi və bütün detallarla araşdırma aparılır”.