25 Dekabr 2014 18:01
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Badamov: “Qusarda seçici fəallığı müşahidə olunurdu”

“Ölkəmizdə növbəti bələdiyyə seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi mövcuddur. Qusar rayonunda seçkiləri müşahidə etdiyini deyən deputatın sözlərinə görə, bələdiyyə seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçib, seçicilərə gizli şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb.

“Bütün seçkilərdə olduğu kimi dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində də fəallıq nəzərə çarpdı. Bu da seçki təbliğatının uğurla aparıldığının göstəricisidir. Namizədlərin təmsil olunduqları, eləcə də, digər partiyalardan olan və müstəqil olaraq öz təşəbbüsləri ilə seçkini izləyən müşahidəçilər də seçkinin gedişatını yüksək dəyərləndirirdilər. Ümumiyyətlə, bu gün ölkəmizdə seçkilərin demokratik şəkildə baş tutması üçün bütün şərait yaradılıb. Ölkəmizdə mütərəqqi Seçki Məcəlləsi qəbul olunub. Bu məcəllədə seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün imkanlar mövcuddur. Mən əminəm ki, xalqımızın iradəsini özündə əks etdirən bu seçkilər nəticəsində rayonlarımız, kəndlərimiz daha da abadlaşacaq, yeni seçilən bələdiyyələr öz fəaliyyətlərini daha yüksək səviyyədə və günün tələblərinə uyğun olaraq formalaşdıracaq” – deyə, komitə üzvü qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər