Hatayın Antakya rayonunda altımərtəbəli binada yaşayan ana və 5 yaşlı qızı zəlzələdən sonra dağıntılar altında qalıb.
Teleqraf.com xəbəre verir ki, 9 saatlıq xilasetmə işindən sonra ana və qızı zəlzələdən 141 saat sonra axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib.
Hadisə yerində olan sağlamlıq qruplarının ilk yardımından sonra ana və qızı xəstəxanaya aparılıb.