14 Fevral 2023 12:46
6 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların “dövlət naziri” Ruben Vardanyan dünən Moskvadan qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr xatırladır ki, bir neçə gün əvvəl baş separatçı Araik Arutyunyan da Rusiyanın paytaxtında olub. Məlumatda qeyd edilir ki, separatçılar qondarma rejim daxilindəki gərginliklə əlaqədar Moskvaya çağırılıb.

“Əldə etdiyimiz məlumata görə, ilin əvvəlində Araik Arutyunyan Ruben Vardanyana “istefa” verməyi təklif edib, çünki azərbaycanlılar “Laçın dəhlizinin açılması” müqabilində belə bir tələb irəli sürüblər. O, “istefa” verəcəyini vəd edib. Amma məlumata görə, danışıqlardan və Rusiya sülhməramlılarının müdaxiləsindən sonra Vardanyan tələbi yerinə yetirməyib. Arutyunyan buna təəssüflənib, çünki sülhməramlılar Arutyunyanın da “istefa”sından sonra “məcburi olan seçkilər”in təhlükəsizliyinə zəmanət verməyiblər”, - erməni qəzeti bildirir.

“Hraparak” vurğulayır ki, “istefa məsələsi” Arutyunyanla Vardanyan arasındakı münasibətləri korlayıb:

“Moskvaya gedən Araik Arutyunyan ümid edirdi ki, Kreml onunla Vardanyan arasında seçim edəcək və parçalanmaya son qoyulacaq. Bu arada, iki komandadan alınan məlumatlar nikbinlik yaratmır. Yəqin ki, status-kvo qorunub saxlanılacaq, istisna deyil ki, Moskva səfəri tərəfləri bir müddət cilovlayacaq və qarşıdurmaya getməyəcəklər, amma problem həll edilməyəcək. “Mövqe mübarizəsi”nin davam edəcəyini bildirilir.

Arutyunyan Moskvadan qayıdarkən, komandasının üzvləri ilə görüşündə deyib ki, guya Moskva ona “yaşıl işıq” yandırıb, “qərarverici”o olacaq və gedənin özü yox, Ruben Vardanyan olacaq və onu “vəzifə”sindən azad edəcək”.

Qəzet bildirir ki, Moskvadan qayıdan Vardanyan öz separatçı komandasını toplayaraq görüş keçirib. Qapalı keçirilən görüşdə Vardanyan Araik haqda bir kəlmə də danışmayıb.

“Hraparak”a görə, Moskva Vardanyanın Araikin yerinə keçməsini Azərbaycanla münasibətləri gərginləşdirməmək üçün istəmir: “Vardanyandan fərqli olaraq, Arutyunyan Bakı ilə birbaşa dialoqun tərəfdarıdır. Rusiyada hesab edirlər ki, indi Azərbaycana qarşı çıxmaq üçün münasib vaxt deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər