14 Fevral 2023 12:57
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kahramanmaraş rayonu ərazisində təşkil edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirliyin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər