14 Fevral 2023 20:38
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın Moskvaya çağrılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkməyib:

“Rusiyalı rəsmilər Azərbaycanla “strateji tərəfdaşlıq”dan ağız dolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər.

Bu suallar açıq qalır:

Vardanyanı hansı məqsədlə Moskvaya çağırmışdılar?

Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib?

Moskvanın Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir?

Erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edir və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. Rusiyalı rəsmiləri və diplomatlar heç vaxt suallara aydınlıq gətirmədilər.

Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasıyla eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və rəsmi görüşlər keçirib. Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə, Xovayevin “sülh” barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz bununla heç vaxt razılaşa bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər