16 Fevral 2023 11:47
2 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ separatçılarının başçısı Araik Arutyunyan qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanı komandadan uzaqlaşdırmaq üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Nəşr qeyd edir ki, Araik Vardanyanı separatçı komandadan uzaqlaşdırmaq üçün özünün də “istefa” məsələsini gündəmə gətirib:

“Araik Arutyunyan “istefa” mövzusundan istifadə edərək Ruben Vardanyana təzyiq göstərməyə və onun “işdən” çıxarılmasına nail olmağa çalışır. Artıq yanvarın 14-dən Arutyunyanla Vardanyan arasındakı konflikt açıq müstəviyə keçib. Həmin gün Araik Arutyunyanın mümkün “istefası” ilə bağlı xəbər yayılmışdı”.

Qəzetin məlumatına görə, Arutyunyan “öz postu”ndan getməyə meyllidir. Getməmişdən əvvəl isə aralarındakı ədavət artıq düşmənçilik həddinə çatan Vardanyanı da bitirmək istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər