“Ermənistan və Azərbaycan gərginliyi azaltmalı və hərtərəfli, davamlı sülhə doğru irəliləməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Həm Ermənistana, həm Azərbaycana, həm tərəflərə, həm də bütün regiona mesajımız ondan ibarətdir ki, gərginliyi azaltmaq və hərtərəfli, davamlı sülh yoluna qayıtmaq üçün bir yol tapmalıyıq”, - ABŞ rəsmisi Vaşinqtonun bu səylərdə ikitərəfli və çoxtərəfli şəkildə iştirak etdiyini vurğulayıb.
Ned Prays əlavə edib:
“Bu işi irəli aparmaq üçün tərəflərlə birbaşa, eləcə də çoxtərəfli formatlar vasitəsilə mümkün olan hər şeyi etməyə davam edəcəyik. Ümid edirik ki, digər ölkələr də eyni mesajı göndərəcəklər”.