11 May 2014 16:15
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının üzvü, Liberal-Demokrat Partiyasının sədri, öz qeyr-adi hərəkət və açıqlamaları ilə həmişə qalmaqallar yaradan Vladimir Jirinovski bu dəfə də "Eurovision-2014" mahnı müsabiqəsinin nəticələrini özünəməxsus şəkildə şərh edib.

Teleqraf.com bildirir ki, rus KİV-lərinin məlumatına görə, Jirinovski "Rossiya" telekanalının canlı yayımında efirə gedən tok-şouda "Eurovision" mahnı müsabiqəsinin qalibi olan avstriyalı transseksual müğənni Konçita Vurstun qələbəsini biabırçılıq kimi xarakterizə edib.

LDPR lideri deyib: "Bu yarışmada Rusiya 176 xal toplayaraq 4-cü yerdə qaldı. Avstriya isə saqqallı transseksual müğənnisi ilə yarışın qalibi oldu. Qoy zavallılığın, məhkumluğun və tənhalığın rəmzi olan saqqal Avropada qalsın. Avropa çürüyüb. Orada kişi və qadın yoxdur. Avropadakı saqqalı gənclər yalnız deyillər. 100 il qabaq rus generalı Avstriya diviziyasını darmadağın eləmişdi. Rusiya 50 il qabaq Avstriyanı nahaq azad etdi. Bu dəhşətli atəş qiyamətin, cəhənnəmin atəşidir". /virtualaz/


Müəllif: Teleqraf.com