“Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin 3+3 formatında görüşünü təşkil etməyə hazırıq”.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.