3 Mart 2023 12:44
3 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Cənubi Qafqazda kommunikasiyaların açılmasında hər kəsdən daha maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz müsbət gələcəyə, regionumuzun birgə gələcəyinə baxmalıyıq. Çünki Cənubi Qafqazın üç dövlətinin - Ermənistan, Gürcüstan və Azərbaycanın çox güclü mədəni oxşarlıqlara malik olması faktdır. Bu bir faktdır. Biz müsbət cəhətlərə diqqət yetirməliyik”, - baş nazir bildirib.

Paşinyan bu səbəbdən Ermənistan regional kommunikasiyaların açılmasında hər kəsdən daha maraqlı olduğunu iddia edib:

“Sülh və əməkdaşlıq üçün müsbət imkanlara diqqət yetirməliyik. Sülh gündəmi mənim məsuliyyətimdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər