23 Mart 2023 17:29
2 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hərbçiləri NATO-nun sülhməramlı missiyalarında iştirak edirlər və bu ölkə ilə Alyansın hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi zəruridir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken ermənipərəst senator Bob Menendesin təxribat xarakterli suallarına cavabında bildirib.

E.Blinken, həmçinin vurğulayıb ki, Azərbaycanın İranla çox uzun sərhədi var və onu qorumaq lazımdır.

Senatdakı dinləmələrdə çıxış edən Dövlət katibi, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər