12 May 2014 10:30
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bu gecə vəfat edib. İdarənin mətbuat xidmətinin rəhbəti Rəhimə Dadaşova Hacı Mirəziz Seyidzadə xəstəxanada keçindiyini söyləyib.

Mərhmun cənazəsi torpağa tapşırılmaq üçün doğulduğu Masallı rayonunun Türkoba kəndinə aparılıb. Mərhumun dəfn mərasimi bu gün keçiriləcək. QMİ-nin əməkdaşları dəfn mərasimində iştirak etmək üçün Masallı rayonuna yollanıblar.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə mart ayında insult keçirib. Hacı Mirəziz Seyidzadə ağır vəziyyətdə beyin-qan dövranının pozulması və hipertoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Daxil olan zaman vəziyyəti olduqca ağır olub.

Allah rəhmət eləsin!

anspress.com


Müəllif: