28 Mart 2023 23:00
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili hazırda 1 saylı Kliniki Xəstəxanada əməliyyata alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Redaktor.az-a millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım məlumat verdi. Onun sözlərinə görə, F.Mustafanın həyatı üçün təhlükə yoxdur:

"Fazil bəyin həyatı üçün təhlükə yoxdur. Hazırda polislər evimizin videokameralarını incələyirlər".

***

Evinin önündə güllələnən millət vəkili Fazil Mustafa hazırda təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılır.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, onun həyati əhəmiyyət kəsb edən orqanlarının ciddi zədələnmədiyi qeyd edilir.

"Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur", - məlumatda bildirilir.

Xatırladaq ki, Fazil Mustafa bir neçə dəqiqə öncə Zabrat qəsəbəsində yerləşən evinin önündə güllələnib. Avtomat silahdan açılan çoxsaylı atəş zamanı millət vəkili yalnız çiyin və ayaq nahiyəsindən güllə yarası alıb.

DİN cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.


Müəllif: Teleqraf.com