"Allah qurtardı, indi yaxşıyam. Darağı boşaltdılar, iki güllə dəydi, xilas ola bildim".
Teleqraf.com xəbər verir ki, bu sözləri terror aktına məruz qalan deputat Fazil Mustafa "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə telefon danışığında deyib.
O, İrandan şübhələndiyini bildirib:
"Çünki şəxsi düşmənim yoxdur. Göz qorxutmaq üçün edildi. Bu, terror idi, birbaşa hədəfə vurdular, öldürməyi hədəfləmişdilər. Allah yaşadanda yaşadır. Güllə özü çıxıb, giliz bədənimdə qalmadı, deşik açıb keçdi".