12 May 2014 10:40
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, imtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı prosesi başa çatdıqdan sonra yaxın günlərdə nəticələr açıqlanacaq. Hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

II və III ixtisas qruplar üzrə imtahan ölkənin 11 şəhərində təşkil olunub. Abituriyentlərin 7896-sı II qrup üzrə, 10402-si isə III qrup üzrə imtahan verib. 60 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyentin 43, ən gəncinin isə 18 yaşı var.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.

NİGAR


Müəllif: