30 Mart 2023 21:42
3 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Fələstin-Azərbaycan əlaqələrindəki son duruma diqqət çəkib:

“Azərbaycanın İsraillə yanaşı, Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır. Azərbaycan İsraildə səfirlik açmaqla bərabər, Fələstində də nümayəndəliyin fəaliyyətə başlayacağına qərar verib. Başqa dövlət rəsmiləri də İsrailə səfərlərini yekunlaşdırdıqdan sonra Fələstinə keçirlər. Bu, İsraillə Fələstin arasında balansı qorumağa imkan verir.

Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir.

Fələstin xarici işlər naziri Riyad əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda ölkəsini dəstəklədiyinə görə Azərbaycana təşəkkürüni bildirib.

Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır, paralel olaraq, Nablusda məktəb tikəcək. Bunlar varkən, heç bir dövlət bizi İsraillə strateji əməkdaşlıq fonunda Fələstini guya unutmaqda ittiham edə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu