31 Mart 2023 01:25
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi ehtiramla yad edirik”.

Teleqraf.com xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatı (TDT) tviterdəki 1918-ci ilin martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşımında yer alıb.

“Bu gün (təşkilatın-red) qurucu üzv dövlətimiz olan Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edirik”, - paylaşımda qeyd olunur.


Müəllif: Teleqraf.com