30 Dekabr 2014 11:02
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 10 saylı cəzaçəkmə müəssisəsindən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı azadlığa buraxılıb.

Publika.az-ın verdiyi xəbərə görə, o, 9 illik cəzasının 3 il 2 ayını çəkib.

Onun cəzasının çəkilməmiş 6 ili əfv edilib.

Jurnalistlərin suallarını cavablandıran Əvəz Zeynallı bütün əfv olunanları təbrik edib və məhbus həyatı yaşayanlara azadlıq arzulayıb.

Keçmiş məhkumu cəzaçəkmə müəssisəsinin qarşısında ailə üzvləri və yaxınları qarşılayıb.

Gülnar


Müəllif:

Oxşar xəbərlər