6 Aprel 2023 11:54
16 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanla sülh gündəliyinə sadiqdir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti yorulmadan sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir”, - baş nazir bildirib.

Paşinyan erməniləri səbirli olmağa çağırıb.

Laçın istiqamətində sərhəddə durumla bağlı məlumat verən baş nazir Azərbaycanla bu yöndə sərhəd xəttinin dəqiqləşdirilməsi işinin aparıldığını söyləyib. Paşinyan bu istiqamətdə sərhədin 7 km-nin dəqiqləşdirildiyini, 5 km-də kartoqrafların işlədiklərini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər