10 Aprel 2023 21:42
5 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla İran arasında hərbi-müdafiə və təhlükəsizlik sahələrində anlaşma əldə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi sahədə əmədaşlığın daha da irəli aparılması üçün addımlar atılır:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfərində iranlı həmkarı Əli Şamxani ilə görüşüb. Tərəflər bir sıra ikitərəfli məsələlərlə yanaşı, Zəngəzur dəhlizi və Tehranın İrəvana hərbi yardımını da müzakirə ediblər.

İranın Təhlükəsizlik Şurasının katibinin birbaşa Xameneyiyə tabe olduğunu nəzərə alsaq, demək, iki ölkə arasında Azərbaycan əleyhinə yönəlmiş hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi göstərişinin haradan gəldiyini deyə bilərik. Buna birbaşa Xameneyi göstəriş verib. İranla Ermənistan arasında hərbi-müdafiə və təhlükəsizlik sahələrində anlaşmaların əldə edilməsinin davamı olaraq, SEPAH-ın Ermənistanda fəaliyyətinə icazənin verilməsi də gözləniləndir. Tehranın əsas hədəfi Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayındırmaqdır”.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın bu siyasəti ABŞ-ın Cənubi Qafqazla bağlı regional maraqlarına ziddir:

“İrəvanın bu siyasəti ABŞ-ın əzəli düşməni İranın Cənubi Qafqazda güclənməsinə xidmət edir.

Ötən ay ABŞ dövlət katibi Entoni Blinken Qafqazda İranın qarşısını almaq və təxribatlarını artıran İrana qarşı Azərbaycanı müdafiə etməyin vacib olduğunu demişdi. ABŞ-ın dəstək verdiyi Ermənistan isə İranın bölgədə güclənməsi üçün hər şeyi edir, onunla razılaşmalar imzalayır. Bir sözlə, Ermənistan-İran tandemi təkcə Azərbaycana yox, həm də ABŞ-a qarşı hərəkət edir.

İran və Azərbaycan xarici işlər nazirləri ötən günlərdə iki dəfə dalbadal telefonda danışdılar. Danışıqlarda münasibətlərin normallaşdırılması və birgə layihələrin icrası razılaşdırılıb. Amma Tehranın Ermənistana davamlı dəstəyi və ölkəmizə qarşı digər təxribatları əlaqələrin normallaşması üçün zəmin yaratmır. Baş verənlərə görə İran məsuliyyət daşıyır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər