12 Aprel 2023 15:57
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə danışıqları aktivləşdirməlidir, Avropa Birliyi (AB) bu prosesi dəstəkləməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətinin məlumatında deyilir.

“Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada qəbul edilmiş öhdəliklərə hörmət edilməlidir. AB həmçinin sərhədlərin delimitasiyası danışıqlarını aktivləşdirməyə çağırır və bu prosesi dəstəkləməyə hazırdır”, - bəyanatda deyilir.

Ermənistan Almatı və Praqa bəyanatları ilə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Dünən Ermənistan hərbi qüvvələri Laçın rayonu istiqamətdə təxribata əl atıb. Azərbaycan ordusu təxribatın qarşısını qətiyyətlə alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər