14 Aprel 2023 10:11
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu gün Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək iclasında təşkilat çərçivəsində əməkdaşlığın inkişafına dair 11 məsələ müzakirə olunacaq.

Teleqraf.com “Sputnik-Özbəkistan”a istinadən xəbər verir ki, toplantı zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB daxilində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Xarici siyasət koordinasiyasının gücləndirilməsi üzrə iş kontekstində MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında tərəfdaşlığın aktivləşdirilməsi üzrə Fəaliyyət Proqramının və MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının 2022-ci ildə icrasının nəticələrinə dair müzakirələr aparılacaq.

Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq həm MDB ölkələri çərçivəsində, həm də onun sərhədlərinin perimetri boyu təhlükəsizliyin təmin edilməsi məsələləsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

***

09:43

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq, həmçinin MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər