14 Aprel 2023 21:12
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya ilə yaxın münasibətləri olan Ermənistanın dinc əhaliyə, əsirlərə qarşı vəhşicəsinə davrandıqlarının şahidi oluruq. Onlar hazırda beynəlxalq hüquq normalarına, “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasına qarşı laqeydlik nümayiş etdirirlər".

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fyodor Venislavskiy bildirib.

"Hesab edirəm ki, cinayət əməlləri törədən və bu barədə əmrlər verənlərə qarşı dünya ictimaiyyətinin yeganə düzgün münasibəti sanksiyaların sərtləşdirilməsidir. Fikrimcə, yalnız beynəlxalq ictimaiyyətin, təşkilatların, ayrı-ayrı ölkələrin çox sərt reaksiyası bu hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını ala bilər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin gedişatı ilə bağlı danışmaqda çətinlik çəkirəm. Amma bir şey dəqiqdir ki, Ermənistan razılaşmaya əməl etməlidir. Əgər sülhə doğru razılaşma varsa, ona riayət olunmaldır", - o, əlavə edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər