"Ermənistanda hər düşünülməmiş, guya “qəhrəmanlıq” addımı xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu, tərəqqi yolunda uğursuzluğa işarədir".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş nazir Aparatının rəhbəri, Ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan sosial şəbəkədə yazıb.
O, bir daha vurğulayıb ki, Azərbaycan bayrağı ilə bağlı insident tərəqqi yolunda uğursuzluğa işarədir.