19 Aprel 2023 21:13
3 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhliz çəkilir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Yerkir Sirani” partiyasının sədri Zaruhi Postancyan deyib.

Siyasətçi sərhəddə aparılan delimitasiya işindən danışıb. Postancyan bununla əlaqədar Azərbaycanın mövqelərinin Çakaten kəndi istiqamətində (Qafan rayonu) irəli çəkildiyini, nəticədə bura gedən yolun dəyişdirildiyini, yenisinin çəkildiyini bildirib.

“Yol dəyişdirilib, indiyədək gediş-gəlişin olduğu əvvəlki yol bağlıdır. O bağlı yolun fotosu da var”, - partiya sədri bildirib.

Postancyan bu istiqamətdə (Zəngəzur) mövqelərin daha 4-5 km geri çəkilmək ehtimalına və bu barədə Baş nazir Nikol Paşinyanın açıqlamasına toxunub.

“Azərbaycanlılar bizimlə eyni xəttdə dayanır, mövqelər dövlətlərarası yolda (Qafanda) yerləşir”, - siyasətçi bildirib.

Postancyan əlavə edib:

“Mövqelər yan-yanadır: Ermənistan və Azərbaycan bayraqları yerləşdirilib. Şurnux kəndi də bölünüb, yolun bir tərəfində Azərbaycan bayrağı asılıb, düz yolun üstündədir. Şurnux kəndində bizim də hərbi mövqelərimiz var. İndi o hərbi hissələr 5 km geri çəkilsə, nə olacaq? Qafan hava limanında da eyni durumdur, türklər yaxınlıqda öz bayraqlarını asıblar. Qafan hava limanından 5 km geri çəkilsək, orada nə qalacaq?”

Partiya sədri Sisyan rayonunun (Qarakilsə) Anqexakot və Şalat kəndlərindəki duruma da diqqət çəkib:

“Kəndə gedən yollar kifayət qədər bərbad idi. Sərhəddəki son gəlişmələrdən əvvəl orada olmuşam, yollar çox pis idi. İndi genişləndiriblər, tam təmir ediblər, asfalt çəkiblər. Yəqin ki, 7 km asfaltsız yol qalıb, hamarlayıblar, açıblar, bir neçə kilometri asfaltlanmalıdır. B bir neçə kilometr artıq Naxçıvan sərhədinə çatır, ondan sonra birbaşa Naxçıvana enir. Yəqin ki, sözügedən dəhlizlərdən (Zəngəzur) biri olacaq. Anqexakot kəndindən Naxçıvana isə cəmi bir saat yarımdır.

Anqexakotdan Naxçıvana cəmi 80 km məsafə var. Yəni Anqexakot və Şalat sakinlərinə bu yol nəyə lazımdır? Əlbəttə, o yola ehtiyac yoxdur. Bu, azərbaycanlılara lazımdır ki, Naxçıvanla əlaqə yarada bilsin”.

Postancyan Ermənistan baş nazirinin xanımı Anna Akopyanın bir müddət əvvəl sözügedən kəndlərdə olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər