23 Aprel 2023 13:01
6 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“44 günlük müharibə zamanı Ermənistan hakimiyyəti Rusiyanın sülhməramlı əməliyyatlarda iştirak etməyəcəyini, İrəvan tərəfindən müharibəyə girəcəyini gözləyib”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski Vladimir Solovyovun proqramında deyib.

“Moskva məlum səbəblərdən bunu edə bilməz, çünki həm Ermənistan, həm də Azərbaycan Rusiya üçün dost dövlətlərdir. İndi Rusiya ermənilərin Ukraynada bizim tərəfdə vuruşmamalarına təəccüblənmirmi? Ayrıca, Moskvanın dəstəyini gözləyirsinizsə, o zaman, məncə, NATO-nun hərbi təlimlərində iştirak etməyə və KTMT hərbi təlimlərindən imtina etməyə dəyməz”,- rusiyalı politoloq bildirib.

Satanovski əlavə edib:

“Putin Paşinyandan daha erməni ola bilməz. Əgər suveren dövlətin başçısı açıq şəkildə o ərazilərə dair hər hansı iddiadan imtina edirsə, o zaman bu məsələnin Rusiyaya heç bir aidiyyəti yoxdur”.

Bundan başqa, politoloq Ermənistan baş nazirinin Qarabağın dağlıq hissəsinin Azərbaycana təhvil verilməsində maraqlı olduğunu söyləyib. Bunun indi də, 44 günlük müharibədən əvvəl də belə olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər