23 Aprel 2023 17:17
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xalqımızı, Ali baş komandanı, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərini dövlət sərhədlərimizin tam bərpa olunması münasibətilə təbrik edirəm".

Teleqraf.com xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Laçında sərhəd-keçid məntəqəsinin qurulmasına münasibət bildirərkən deyib.

"Bu möhtəşəm günün Ramazan bayramına və böyük dövlət adamı, məhrum Prezident Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi xüsusilə əlamətdardır. Heydər Əliyevin, şəhidlərimizin ruhunu şad edəcək tariximizin şanlı səhifəsidir. Ümid edirəm heç zaman dövlət sərhədlərimizin bir santimetrinə belə nəzarəti itirməyəcəyik. DSX-nin igid əsgər və zabitləri onu göz bəbəyi kimi qoruyacaqlar.

Eşq olsun Azərbaycan əsgərinə!

Eşq olsun Ali Baş Komandana!

Tanrı Azərbaycanımızı qorusun!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər