24 Aprel 2023 15:11
4 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gorus rayonunun Tex kəndi istiqamətində sərhəddə demarkasiya işi aparılır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Ermənistan ordusunun baş qərargah rəisi Edvard Asryan deyib.

“Komissiya demarkasiya məsələsi üzərində işləyir. Bunun sizin dediyiniz kimi, azərbaycanlıların irəliləmələri ilə bağlı heç bir əlaqəsi yoxdur. Heç bir kəndə (Tex) girməyiblər”, - qərargah rəisi bildirib.

Asryanın sözlərinə görə, işin gedişinə uyğun olaraq, hər iki tərəf müəyyən edilmiş xətlərdə və ya ərazilərdə öz bölmələrini yerləşdirirlər.

Uzun müddətdir erməni mediasında Azərbaycan hərbi qüvvələrinin “Ermənistan ərazisi”nə girməsi ilə bağlı qondarma təbliğat aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər