Ermənilər Kanadanın Viktoriyada şəhərində Britaniya Kolumbiyası ştatının parlamenti qarşısında Qarabağdakı separatçı rejimin “bayrağını” qaldırıblar.
Teleqraf.com xəbər verir ki, skandal olay qondarma erməni soyqırımını anma mərasimində baş verib.
Viktoriya Britaniya Kolumbiyasının mərkəzi şəhəridir, Vankuver adasında yerləşir. Ermənilər adaya qayıqlarla yürüş ediblər.
Kanada qondarma soyqırımı tanıyan ölkələrdən biridir. Bundan başqa, Kanada zaman-zaman anti-Azərbaycan bəyanatları ilə gündəmə gəlir. Məsələn, Azərbaycanın Laçın yolunun başlanğıcında (Ermənistanla sərhəddə) sərhəd-buraxılış məntəqəsinə etiraz edənlərdən biridir.