26 Aprel 2023 15:09
4 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkinin 40-a yaxın yaşı var, yetkin insandır, öz addım və qərarlarına görə məsuliyyət daşıyır. Kiminsə sualı varsa, ona yönəldə bilər. İlkinin mövqeyi və fikirlərində az da olsa, müəyyən məqamlar var ki, onunla razı deyiləm. Onunla 7-8 ildir görüşmürük, bu məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız yoxdur. Telefonla danışırıq, nə var, nə yox, necəsən və sair.

Teleqraf.com xəbər verir ki, bu sözləri Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər Laf TV-yə müsahibəsində oğlu İlkin Qəmbərin qondarma erməni soyqırımı ilə bağlı paylaşımı və filminə münasibət bildirərkən deyib.

"Sözügedən filmə gəlincə, İlkin uzun illərdir Kanadada yaşayır və orada bir neçə azərbaycanlı bir yerdə "Kral və generallar" adlı kanal yaradıb. Tarixi filmlər çəkirlər, yüzlərlə filmlər çəkiblər. Təsəvvür edin ki, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal Yutubda ən populyar tarix kanallarından biridir. 3 milyondan artıq abunəçiləri var".

"Azərbaycana aid film çəkilibmi" sualına İsa Qəmbər belə cavab verib: "O filmlərin içində ən qədim dövrdən tutmuş Rusiya-Ukrayna müharibəsinə qədər, Azərbaycan məsələləri, türk dünyası, Türkiyənin apardığı müharibələrlə bağlı saysız-hesabsız filmlər var. Haqqında söhbət gedən filmi görməmişəm, ona görə də bir söz deyə bilmərəm. Soyqırımı ilə bağlı tamam səhv mövqedədirlər. Çünki bu, mənə aydındır və bütün məsələlərə məsuliyyətlə yanaşan insanların hamısına aydındır ki, heç bir soyqırımı olmayıb.

Bəzi şəxslər təəssüf ki, təbliğatın təsiri altına düşürlər, yanlış mövqe seçirlər. Mənim üçün İlkinin soyqırımı ilə bağlı mövqeyi gözlənilməz oldu.

Görünür, İlkin və bəzi digər cavanlarımızla bu mövzularla bağlı söhbət etməyə ehtiyac var ki, onlar gerçəkləri bilsinlər və məsələlərə daha məsuliyyətlə yanaşsınlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər