27 Aprel 2023 22:27
7 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırkı situasiyda Ermənistan baş nazirindən fərqli olaraq, bu ölkənin sabiq prezidentləri Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında jurnalist Elçin Alıoğlu deyib.

“Birmənalı olaraq, Nikol Paşinyan sülh müqaviləsini imzalamaq istəmir. Ermənilər Paşinyana hər şeyi bağışlayarlar – hətta müharibədəki məğlubiyyətini belə. Amma ermənilər Azərbaycanla sülh müqaviləsini imzalamasını ona bağışlamayacaqlar. Paşinyan bilir ki, sülh müqaviləsini imzalasa, uduzacaq və hakimiyyəti tərk etməli olacaq”, - jurnalist bildirib.

Elçin Alıoğlu Ermənistan müxalifətinin Azərbaycanla sülh prosesinə münasibətinə də toxunub:

“İndi Ermənistanda paradoksal bir durum yaranıb. İlk baxışdan inanılmaz görünsə də, sabiq prezidentlər - Robert Köçəryan və Serj Sərkisyan Nikol Paşinyanın sülh müqaviləsini imzalamasını istəyirlər. Hətta onu buna vadar edirlər. Bunu ona görə istəyirlər ki, Nikol Paşinyan bu müqaviləni imzalayıb devrilsin, onlar da “xain baş nazir”in əvəzinə iqtidara gəlsinlər. Məsələ bu qədər bəsitdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər