Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin Xankəndi şəhərindən Ermənistana keçidi təmin edən Laçın dəhlizində (Şuşada) Azərbaycanın qeyri-hökumət təşkilatlarının 134 gün əvvəl başladıqları ekoloji aksiyanı davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı yazır.
Mənbə bildirir ki, ermənilərin qanunsuz istismar etdikləri mis və qızıl mədənlərindən tullantıların çaylara atılması və ağacların kəsilməsi Azərbaycanın reaksiyasına səbəb olub:
“Onlarla Azərbaycan vətəndaşı Rusiya hərbçilərinin yolda qurduqları iki keçid məntəqəsi arasında aksiyalarını davam etdirir.
Aksiyada ermənilərin törətdiyi ekoloji qətliamın sübutları da nümayiş etdirilir. Bunların arasında Kəlbəcər rayonunun Heyvalı kəndindəki gölün 2015-2017-ci illərdə tullantılar hesabına necə dəyişdiyi də göz önündədir.
Kəlbəcərdə ağacların kəsilərək yandırıldığı görünür.
Zəngilandakı əhəngdaşı mədənində törədilən ekoloji təxribat da, nümayiş olunan ekoloji qətliamın daha bir sübutudur.