28 Aprel 2023 16:10
7 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayraq yandırmaq o halda qəbul olunacaq ki, bayrağı yandıran şəxs gedib onu düşmən cəbhəsindən götürüb gətirib yandırsın. İrəvanın mərkəzində kiminsə bayrağını yandıranda sənə nə deməlidirlər?”

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayan deyib.

“Nə qədər bayraq yandırırıq-yandıraq, bundan həyəcanlanaq, bunu alqışlayaq və sevinək, siyasi meydanda ki, heç bir uğurumuz yoxdur. Elələri də var, deyirlər ki, kim Azərbaycan və ya Türkiyənin bayrağının yandırılmasının əleyhinədirsə, deməli, türkdür. Mən isə deyirəm ki, bayraq yandırmaq siyasətini qəbul etmirəm, çünki bu gün bu, sadəcə gülüncdür. İrəvanın mərkəzində bayraq yandırdıq. Anladıq, bəs sonra? Bayraq yandırıb əl çalaq, elə bu? Bunu edəndə bizə nə verirlər?”, - siyasətçi bildirib.

Ötən günlərdə Ermənistanda keçirilən Ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində stilist Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. Nikolyanın skandal addımı etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər