“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim”.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon “Twitter”dəki hesabında yazıb.
“Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”.