29 Aprel 2023 13:01
6 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının komandanlığı ilə Azərbaycan nümayəndələri arasında Həkəri körpüsündə qoyulmuş nəzarət-buraxılış məntəqəsinin götürülməsi məsələsində aparılan danışıqlar heç bir nəticə vermir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Qəzet qeyd edir ki, Azərbaycan sözügedən yolun başlanğıcında nəzarət-buraxılış məntəqəsi ilə yanaşı, gömrük postu da qoyub, üstəgəl, pasport yoxlanışı aparacaq.

“Rusiya tərəfi keçid məntəqəsinin əvəzinə, Azərbaycanın onlayn izləyəcəyi rentgen skaner cihazları quraşdıra bilmir. Azərbaycanlılar rus sülhməramlılarına keçid məntəqəsində bəzi qeyri-vacib funksiyaların yerinə yetirilməsinə razılıq verə bilərlər”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər